RU

Gürcüstan parlamentinin spikeri: Müxalifət ölkədə “maydan” hazırlayır

Gürcüstanda müxalifət və xaricdən maliyyələşən bəzi QHT-lər “maydan” ssenarisini həyata keçirmək niyyətindədirlər.

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.

O, müxalifəti və xaricdən maliyyələşən bəzi QHT-ləri ölkədə “Maidan” ssenarisini reallaşdırmaq istəməkdə ittiham edib.

Onun sözlərinə görə, 4 oktyabrda keçiriləcək bələdiyyə seçkiləri günü “sülh yolu ilə inqilab” planı mövcuddur:

“Bu, xaricdən diktə olunan təhlükəli yoldur. Bir neçə partiya və QHT həmin yola qədəm qoyub. Bu yol birbaşa “Maydan”a, qan tökülməsinə və iğtişaşlara aparır”.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
20
interpress.az

1Источники