RU

AFFA Azərbaycanın Rusiyanın Avropa futbol turnirlərinə qayıtmasını dəstəkləməsi xəbərini təkzib edib

Rusiya mətbuatında UEFA-nın Albaniyada keçirilən iclasında Azərbaycanın Rusiya milli komandalarının və klublarının beynəlxalq turnirlərdə iştirakının bərpasını dəstəklədiyi ilə bağlı xəbər yayılıb. APA xəbər verir ki, Azərbaycanla yanaşı, Qazaxıstan, Bolqarıstan, Serbiya, Bosniya və Herseqovina, Yunanıstan və Macarıstan Rusiyanın geri dönməsinin tərəfdarı olduqlarını bildirib.

Polşa, Latviya, Litva, Estoniya, Ukrayna, həmçinin Fransa, Almaniya, Hollandiya, Danimarka, Belçika, İngiltərə, İrlandiya, Şotlandiya və İslandiya isə Rusiya təmsilçilərinin beynəlxalq turnirlərdə iştirakının bərpasının əleyhinə çıxıb.

 

AFFA-dan verilən məlumata görə, bu xəbər həqiqəti əks etdirmir.

 

Bildirilib ki, bununla bağlı UEFA-dan AFFA-ya sorğu gəlməyib. Sözügedən iclasda AFFA nümayəndələrindən heç kəs iştirak etməyib.

 

UEFA İcraiyyə Komitəsində üzvünün olmadığını bildirən AFFA bu işlərə qarışmaq səlahiyyətlərinin olmadığını da bildirib.

Избранный
28
11
tribunainfo.az

10Источники