RU

Ərəblərin iki təklifini rədd etdi - “Barselona”nın müdafiəçisi

“Barselona”nın müdafiəçisi Andreas Kristensen komandadan ayrılmaq niyyətində deyil.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu yayda Səudiyyə Ərəbistanından gələn iki təklifi rədd edib.

Bununla belə, kataloniyalılar hələlik Kristensenə yeni müqavilə təklif etməyib, amma yaxın həftələrdə bu məsələ gündəmə gələ bilər.

Danimarkalı oyunçu 2022-ci ildən “Barselona”da çıxış edir. O, cari mövsümdə La Liqada iki matçda iştirak edib. Onun klubla hazırkı müqaviləsinin müddəti gələn yay başa çatacaq.

Избранный
22
sportinfo.az

1Источники