RU

Ölkədə 5 ildə 12 ton heroin, 15 ton marixuana, 2 ton tiryək tutulub

Azərbaycanda 2019–2024-cü illər ərzində hüquq-mühafizə orqanları tərəfindən müasir telekommunikasiya və informasiya vasitələrinin imkanlarından istifadə edilərək narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə işinin gücləndirilməsi nəticəsində ümumilikdə 47 min 863 fakt aşkarlanıb.

AzPost bildirir ki, bu barədə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda qeyd edilib.

Bildirilib ki, onlardan 16 min 458-i narkotik vasitələrin və psixotrop maddələrin satışı, 29 min 148-i narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilib saxlanılması, 1877-si narkotik xassəli bitkilərin qanunsuz olaraq kultivasiya edilməsi, 380-i isə digər əməllər olub. Bundan başqa, 33,5 ton müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb.

Onun da 12,73 tonunu heroin, 15,01 tonunu marixuana, 2,2 tonunu tiryək, 0,33 tonunu həşiş, 0,007 tonunu kokain, 3,223 tonunu isə digər narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları təşkil edib.

 

AzPost.az

Избранный
10
15
azpost.info

10Источники