Gözlərin qızarması sadə yorğunluqdan ciddi xəstəliklərə qədər müxtəlif səbəblərdən yarana bilər. Bəzən qırmızı gözlər keçici olur, amma bəzən konjonktivit, uveit, keratit və ya qlaukoma kimi ciddi problemlərin əlaməti ola bilər. Həkimlər xəbərdarlıq edir ki, göz qızarmasını yüngül saymaq olmaz və vaxtında müayinə çox vacibdir.
E-sağlam az xəbər verir ki, göz bəbəyinin ağ rənginin qızarması, səthindəki qan damarlarının genişlənməsi ilə ortaya çıxır. Normalda mikroskopik olan bu damarlar konjonktiva ilə sklera arasında yerləşir və görünmür. Lakin müxtəlif amillərin təsiri ilə diametri arta və göz qızarması görünə bilər.
Gözlərdəki qızartı həm xarici səbəblərdən, həm də gözdəki xəstəliklərin yaratdığı səbəblərdən ola bilər:
Əsas xarici səbəblər:
Havanın çirklənməsi: benzin, həlledicilər və digər kimyəvi buxarlar
Toz və allergiya
Tüstü: yanğın, qaz emissiyaları, siqaret
Qapalı məkanlarda quruluq, təyyarə kabinəsi, istilik
Hovuzdakı xlor
Günəşin ultrabənövşəyi şüaları
Göz xəstəlikləri səbəbindən qızarmalar:
Quru göz sindromu
Konjonktivit (bakterial, viral, göbələk mənşəli)
Uveit (xoroidin iltihabı)
Endofalmit (vitreous bədənin iltihabı)
Keratit (buynuz qişanın iltihabı)
Qlaukoma (göz içi təzyiqin artması)
Buynuz qişası ülseri
Lagophthalmos (göz qapaqlarının tam bağlanmaması)
Digər səbəblər:
Gözləri ovuşdurmaq, kontakt linzalar, maska istifadəsi
Kompüter, planşet və smartfonların uzunmüddətli istifadəsi
Yuxusuzluq
Maksiller sinüzit, otit, diş köklərində iltihab
Virus infeksiyaları və yüksək qan təzyiqi
Nə vaxt həkimə müraciət etmək lazımdır:
Qızarmanın 2 gün ərzində keçməməsi
Görmə bulanıqlığı, ağrı, fotofobiya, irin axıntısı
Baş ağrısı, ürəkbulanma, qara dairələr, parlaq parıltılar
Təcili hallarda, məsələn, açı bağlayan qlaukoma şübhəsi
Evdə ilkin yardım:
Nəmləndirici göz damcıları (mühafizəsiz və həkim məsləhəti olmadan vazokonstriktor damcılar istifadə edilməməlidir)
Yad cisim, kimyəvi və ya istilik yanığı zamanı dərhal oftalmoloqa müraciət
Lazım olduqda, iltihabı dayandırmaq üçün damcılar və ya cərrahi müdaxilə
Tərcümə: Nəzrin Abbas
E-saglam.az