BAKI, 17 sentyabr. TELEQRAF
Məktəbəqədər təhsil müəssisələri üçün yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlər alınacaq.
Teleqraf xəbər verir ki, bu məqsədlə 4 milyon 474 min 915 manat vəsait xərclənəcək.
Layihənin icrasını “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti həyata keçirəcək.
Qeyd edək ki, nizamnamə kapitalı 2 050 manat olan şirkətin qanuni təmsilçisi Verdəliyev Şahin Əlimərdan oğludur.
Məlumat üçün bildirək ki, müvafiq işlərə Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi nəzarət edəcək.