RU

Sahibə Qafarova: Uğur əldə etmək üçün qadın və kişilərin bərabər hüquqlara malik olması ideyası cəmiyyətin əsas dəyərinə çevrilməlidir

Bakı, 17 sentyabr, AZƏRTAC

Gender sahəsində uğur əldə etmək üçün qadın və kişilərin bərabər hüquqlara malik olduğu ideyası cəmiyyətin əsas dəyərinə çevrilməlidir. Həmçinin etiraf edilməlidir ki, qadınların ictimai həyatın bütün sahələrində və qərar qəbuletmə proseslərində bərabər iştirakı olmadan güclü, firavan və dayanıqlı cəmiyyət qurmaq mümkün deyil.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova Malayziyanın Kuala Lumpur şəhərində keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının 2-ci Qadın Siyasi Liderlər Forumunda çıxışı zamanı səsləndirib.

Milli Məclisin sədri vaxtilə gender mövzularında araşdırmalar aparmış, beynəlxalq parlament təşkilatlarında gender bərabərliyi və qadınlara qarşı zorakılıqla mübarizə ilə bağlı bir sıra vəzifələr tutmuş bir millət vəkili kimi, öz təcrübələrini Forum iştirakçıları ilə bölüşüb.

Sahibə Qafarova, həmçinin bütövlükdə parlamentlərin cəmiyyətin tələblərini və mövcud dinamikasını əks etdirdiyini xatırladaraq, qeyd edib ki, eyni zamanda, parlamentlər həm öz daxilində, həm də cəmiyyətdə dəyişikliklərə istiqamət vermək üçün güclü alətlərə malikdirlər. Bu alətlərdən ən mühümü lazımi davranış çərçivələrini müəyyənləşdirən qanunvericilik fəaliyyətidir. Spikerin sözlərinə görə, qadınların parlamentlərdə iştirakının artması parlamentlərin təmsilçilik və idarəetmədə gender məsələlərinə daha həssas yanaşmasını təmin edir. Bu, qadınların baxışlarının da qanunvericilik prosesində əks olunması ilə nəticələnir və onları bu prosesin əsas maraqlı tərəflərindən birinə çevirir.

Избранный
7
4
azertag.az

5Источники