RU

Avropa Komissiyası Aİ ölkələrini İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb

BAKI, 17 sentyabr. TELEQRAF

Avropa Komissiyası Aİ ölkələrini İsraildən gələn mallara tariflər tətbiq etməyə, həmçinin İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriçə qarşı şəxsi sanksiyalar tətbiq etməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Hazırda İsrail və Avropa İttifaqı arasında azad ticarət sazişi var.Brüssel bu sazişin bəzi müddəalarını ləğv etməyi və vətəndaş cəmiyyətini dəstəkləyənlər istisna olmaqla, İsrailə bütün Avropa yardım proqramlarını dayandırmağı təklif edib. Eyni zamanda HƏMAS-a qarşı sanksiyaların sərtləşdirilməsi təşəbbüsləri də irəli sürülüb.

Sentyabrın 16-da İsrail ordusu Qəzza şəhərində quru əməliyyatlarını genişləndirməyə başlayıb. Elə həmin gün Avropa İttifaqının xarici işlər naziri Kaja Kallas İsrailə əməliyyatları dayandırmaq barədə xəbərdarlıq edib.

Избранный
46
2
teleqraf.com

2Источники