RU

Rusiyada məşhur jurnalın sabiq baş redaktorunu müharibəyə apardılar

Rusiyada "Playboy" jurnalının keçmiş baş redaktoru Vladimir Lyaporov Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq Ukraynadakı döyüş bölgəsinə göndərilib.

Ölkə.az Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə onun barəsində açılmış cinayət işinin materiallarında qeyd olunub.

Bildirilir ki, Lyaporov daha əvvəl xüsusilə böyük məbləğdə dələduzluqda ittiham olunmuşdu. İttihama görə, o, biznes tərəfdaşlarını xarici şirkətlərə investisiya adı altında aldadaraq 50 milyon rubldan çox vəsaiti mənimsəyib.

Cinayət işi üzrə məhkəmə prosesi dayandırılıb. Qanunvericiliyə əsasən, bu maddə ilə ittiham edilən şəxsi 10 ilədək həbs cəzası gözləyir.

Məlumata görə, Lyaporova  beş dələduzluq maddəsi ilə ittiham irəli sürülüb. Təhlükəsizlik orqanları onu 2024-cü ilin noyabrında saxlayıb. 2025-ci ilin aprelində isə onun hesablarında 30 milyon rublluq vəsaitə həbs qoyulub. Elə həmin ay o, ittihamlardan birini etiraf edib.

Qeyd edək ki, Vladimir Lyaporov 2007–2009-cu illərdə Rusiyada "Playboy" jurnalının baş redaktoru vəzifəsində çalışıb.

Həmidə İbrahimova

Избранный
44
olke.az

1Источники