RU

“Lalə” kafesi qanunsuz fəaliyyət göstərib - Foto

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları daxil olan vətəndaş şikayəti əsasında Biləsuvar şəhəri, H.Əliyev küçəsində “Lalə Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi”nə məxsus “Lalə” kafesində yoxlama aparıblar.

Agentlikdən Publika.az-a verilən məlumata görə, yoxlama zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub.

Həmçinin döşəmə, divar, tavan və işçi masaların asan yuyula bilən, korroziyaya davamlı materialla üzlənmədiyi, havalandırma və drenaj sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.

Избранный
25
7
publika.az

10Источники