RU

Psixoloq və həkim-narkoloqların iştirakı ilə virtual dəstək mexanizmi yaradılacaq

Bakı, 17 sentyabr, AZƏRTAC

Narkotik asılılığından əziyyət çəkən şəxslərin müalicəsi prosesində tətbiq üçün psixoloji dəstək proqramlarının hazırlanması nəzərdə turulur.

AZƏRTAC xəbər verir ki, bu barədə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda qeyd olunub.

Bundan başqa, narkotik istifadəçiləri və onların yaxın qohumları, habelə onlarla birgə yaşayan digər şəxslər üçün onlayn məsləhətlər verilməsi məqsədilə klinik (tibbi) psixoloq və həkim-narkoloqların iştirakı ilə virtual dəstək mexanizminin yaradılması planlaşdırılır.

Избранный
12
1
azertag.az

6Источники