RU

Qadın və kişilərin bərabər hüquqlara malik olması ideyası cəmiyyətin əsas dəyərinə çevrilməlidir - Sahibə Qafarova

Bakı. Trend:

Gender sahəsində uğur əldə etmək üçün qadın və kişilərin bərabərhüquqlara malik olduğu ideyası cəmiyyətin əsas dəyərinəçevrilməlidir. Həmçinin etiraf edilməlidir ki, qadınların ictimaihəyatın bütün sahələrində və qərar qəbuletmə proseslərində bərabəriştirakı olmadan güclü, firavan və dayanıqlı cəmiyyət qurmaq mümkündeyil.

Trend xəbərverir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə QafarovaMalayziyanın Kuala Lumpur şəhərində keçirilən Cənub-Şərqi AsiyaDövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının 2-ciQadın Siyasi Liderlər Forumunda çıxışı zamanı səsləndirib.

Milli Məclisin sədri vaxtilə gender mövzularında araşdırmalaraparmış, beynəlxalq parlament təşkilatlarında gender bərabərliyi vəqadınlara qarşı zorakılıqla mübarizə ilə bağlı bir sıra vəzifələrtutmuş bir millət vəkili kimi, öz təcrübələrini Forum iştirakçılarıilə bölüşüb.

Spiker Sahibə Qafarova çıxışında həmçinin bütövlükdəparlamentlərin cəmiyyətin tələblərini və mövcud dinamikasını əksetdirdiyini xatırladaraq, qeyd edib ki, eyni zamanda, parlamentlərhəm öz daxilində, həm də cəmiyyətdə dəyişikliklərə istiqamət verməküçün güclü alətlərə malikdirlər. Bu alətlərdən ən mühümü lazımidavranış çərçivələrini müəyyənləşdirən qanunvericilikfəaliyyətidir. Spikerin sözlərinə görə, qadınların parlamentlərdəiştirakının artması parlamentlərin təmsilçilik və idarəetmədəgender məsələlərinə daha həssas yanaşmasını təmin edir. Bu,qadınların baxışlarının da qanunvericilik prosesində əks olunmasıilə nəticələnir və onları bu prosesin əsas maraqlı tərəflərindənbirinə çevirir.

Избранный
15
4
az.trend.az

5Источники