RU

Azərbaycan və Almaniya birgə investisiya layihələrinin həyata keçirilməsi ilə bağlı razılığa gəliblər

Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan və Almaniya şirkətləri qarşılıqlı əməkdaşlığın təşviqi, birgə investisiya layihələrinin həyata keçirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı sahəsində təcrübə mübadiləsi, kənd təsərrüfatı, nəqliyyat-logistika və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.

BAKU.WS xəbər verir ki, müzakirələr Azərbaycan-Almaniya Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupunun 10-cu iclasında aparılıb.

İclasda Azərbaycan tərəfinə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Almaniya tərəfinə isə İqtisadiyyat və Energetika Nazirliyinin Xarici İqtisadi Siyasət İdarəsinin rəhbəri Ralf Böhme həmsədrlik edib.

Tərəflər iki ölkə arasında uğurlu iqtisadi əməkdaşlığın davam etdiyini vurğulayıb. Qeyd olunub ki, Almaniya Azərbaycanın qeyri-neft-qaz sektorunda ən böyük 10 investor ölkədən biridir. Hazırda Azərbaycanda sənaye, nəqliyyat, tikinti, ticarət, kənd təsərrüfatı və xidmət sahələrində 200-ə yaxın Almaniya şirkəti fəaliyyət göstərir.

Görüşdə Azərbaycan Almaniya ilə bu ölkənin şirkətlərinin sənaye parklarında, Ələt Azad İqtisadi Zonasında iştirakı, eləcə də nəqliyyat sahəsində əməkdaşlığın inkişafı imkanlarını müzakirə edib.

İclasda Azərbaycanın mövcud iqtisadi vəziyyəti, həyata keçirilən islahatlar, makroiqtisadi sabitliyin qorunması istiqamətində görülən işlər, eləcə də ölkənin Orta Dəhliz boyunca tranzit-logistika imkanları barədə təqdimatlar nümayiş olunub.

Bildirilib ki, Azərbaycanda xarici investisiyalı müəssisələrin fəaliyyəti yüksək səviyyədə dəstəklənir, istehsalın lokallaşdırılması istiqamətində işlər aparılır. Enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, nəqliyyat, rəqəmsal inkişaf, turizm, təhsil, səhiyyə və digər sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

Qalereya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
20
4
baku.ws

5Источники