RU

Hollivuddakı evini 15 milyon dollara satır

Rejissor Devid Linçin Hollivuddakı evi 15 milyon dollara satılır. 

HİT.az xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.

Senalda yolundakı üç binadan ibarət kompleks 35 ildən çox David Linçə məxsusdur. Əsas bina 1963-cü ildə tikilib və o, qonşu torpaq sahələrini sonradan alıb. Orada Linç özünün "Asymmetrical Productions" kino şirkətinin baş qərargahını, redaktə otağını, kinozalını və studiyasını yerləşdirib.

İnteryer minimalist və həndəsi üslubda işlənib. Ərazidə hovuz və iki mərtəbəli qonaq evi var.

"Mulholland Drive", "Blue Velvet" filmlərinin və "Twin Peaks" serialının rejissoru Devid Linç yanvarın 16-da 78 yaşında vəfat edib. TMZ-nin məlumatına görə, səbəb kimi ürək dayanması göstərilib.

Sənəddə Linçin xroniki obstruktiv ağciyər xəstəliyindən (KOAH) əziyyət çəkdiyi, bunun rejissorun uzun müddət siqaret çəkməsi səbəb ola biləcəyi qeyd olunur. 2024-cü ildə Linç detib ki, ona amfizem diaqnozu qoyulub və bu onun uzun müddət evdən çıxmasına mane olub. Linç səkkiz yaşında siqaret çəkməyə başladığını etiraf edib.

Samir


 

Избранный
35
hit.az

1Источники