RU

“Tbilisidə Ukrayna vətəndaşları partlayıcı maddələrə görə saxlanılıb” Gürcüstan DTX

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Ukrayna səfirliyinə partlayıcı maddələr gətirdiyinə görə iki Ukrayna vətəndaşının saxlanıldığını açıqlayıb.

"Report"un yerli bürosu xəbər verir ki, qurumun məlumatında deyilir:

"Həbs faktı barədə qanunla müəyyən edilmiş qaydada Ukraynanın Xarici İşlər Nazirliyi və səfirlik məlumatlandırılıb. Ukrayna səfirliyinin nümayəndəsi Andrey Bilik də məsələ ilə bağlı rəsmi bildiriş alıb. İş üzrə şahidlərdən biri cinayətin sifarişçisi kimi birbaşa Ukrayna xüsusi xidmət orqanlarına işarə etsə də, həmin şəxslərin saxlanılmasından dərhal sonra bütün prosedurlar qanun çərçivəsində icra olunub".

Ukrayna səfirliyi isə bu gün bəyanat yayaraq bildirib:

"Biz Gürcüstan hüquq-mühafizə orqanlarından Ukrayna vətəndaşları ilə görüşmək və onların saxlanma şəraiti ilə tanış olmaq üçün icazə almaq istiqamətində bütün zəruri tədbirləri görürük".

Məlumata əsasən, saxlanılan şəxslər sentyabrın 10-da "Mercedes-Benz" markalı yük avtomobili ilə Türkiyə üzərindən Gürcüstana daxil olublar. Nəqliyyat vasitəsində aparılan yoxlama zamanı gizli yerlərdə 2,4 kiloqram "Heksogen" partlayıcı maddəsi aşkarlanıb.

DTX bildirib ki, əməliyyat materiallarına görə, partlayıcıların son ünvanı Tbilisinin Avlabari rayonunda yerləşən yaşayış binası olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
30
1
azpolitika.info

2Источники