RU

Azərbaycan və Orta Asiya miqrantlarını bu 3 ölkədən gətirilən əməkçilərlə əvəz edəcəklər - Rusiyanın faşist planı

“Bizə miqrant ailələri lazım deyil, onların uşaqlarını oxutmaq da borcumuz deyil” - Rusiya naziri

Musavat.com xəbər verir ki, Rusiya hökumətində miqrantlara qarşı sərt mövqelər daha açıq şəkildə ifadə olunmağa başlayıb. Bu dəfə ölkənin iqtisadi inkişaf naziri Maksim Reşetnikov çıxışı zamanı miqrantların ailələri və uşaqları ilə bağlı sərt ifadələr işlədib.

Nazir bildirib ki, Rusiyanın əsas məqsədi əmək qüvvəsini cəlb etməkdir, lakin onların ölkədə ailə qurması və uşaqlarını təhsil sisteminə daxil etməsi dövlətin maraqlarına uyğun deyil:

“Rusiyaya miqrant ailələri lazım deyil və onların uşaqlarını oxutmaq da bizim borcumuz deyil. Hər şey ədalətli olmalıdır — gəldilər, qazandılar və getdilər”.

Reşetnikov:

Maksim Reşetnikov

Reşetnikovun sözlərinə görə, bu yanaşma “ədalətli” hesab olunmalıdır və miqrantlar yalnız müvəqqəti işçi qüvvəsi kimi qəbul edilməlidir. Onun çıxışı ictimaiyyətdə ciddi rezonans doğurub və Rusiyanın miqrasiya siyasətində kurs dəyişikliyi kimi dəyərləndirilib.

Nazirin bu açıqlamasına Kremlə yaxın şəxslərdən biri, Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müşaviri Kirill Kabanov da dəstək verib. O, sosial şəbəkələrdə yazaraq, “gəldi – işləyədi – getdi” prinsipini Rusiyanın miqrasiya siyasətinin əsas formulu adlandırıb:

“Miqrantları cəlb etmək, bəli, amma biz burada başladığımız prosesi tamamlamağa hələ məcburuq – miqrasiya məsələsinə ‘gəldi – işləyib – getdi’ prinsipi ilə yanaşmaq üçün. Yəni hər şey ədalətli olsun: insanlar başqa ölkələrdən gəlirlər, pul qazanırlar, pullarını alıb gedirlər. Burada nə ailələr, nə də kiminsə uşaqlarını oxutmaq lazım deyil – ölkəmizin vətəndaşları olmayanları”.

Kirill

Kirill Kabanov 

Kabanov əlavə edib ki, miqrantlara uzunmüddətli perspektivdə arxalanmaq olmaz və Rusiyanın gələcəkdə onların iştirakı ilə bağlı strateji planları yoxdur.

Musavat.com-a görə bu açıqlamalar Kremlin siyasətində faşizm elementlərinin artması deməkdir. Rusiya bütün imkanları ilə çoxmilyonlu miqrant kontingentinə hücum edir. Məqsəd türk-müsəlman kökənli miqrantların Rusiyadan tam qovulmasına əsas yaratmaqdır.

Rusiya Orta Asiya (Türkistan) və Azərbaycandan olan miqrantları Hindistandan, Vyetnamdan və Şimali Koreyadan olan əmək miqrantları kütlələri ilə əvəz etmək planı hazırlayıb. Artıq bununla bağlı proseslər müəyyən ön anlaşmalar səviyyəsinə qədər gəlib. Kremlin qarın ağrısı budur: Rusiyada sürətlə çoxalan türk və müsəlman kütləsini azaltmaq, bu qrupların “demoqrafik hücumu”nu sıfırlamaq.

Bu baxlmdan, Türküstan və Azərbaycan əmək miqrantlarının geridönüş dalğasına hazır olmalıdır.

Musavat.com

Избранный
17
musavat.com

1Источники