RU

Yeni dərs ilində valideynlərdən növbəti pul istənilməsi İDDİALARIVİDEO

Məktəbin təmiri üçün valideynlərdən pul yığıldığı iddia olunur...

Xezerxeber.az xəbər verir ki, iddialara görə, təmir üçün yığılan pulun məbləği 10 manatdan başlayır. Könüllü daha çox ödəniş etmək istəyənlərə isə "yox" deyilmir...

Bu dəfə şikayət Bakı şəhəri, Sabunçu rayonu 22 saylı tam orta məktəbdəndir.

Məktəblə bağlı şikayətlər təkcə bununla da bitmir. Bildirilib ki, ibtidai sinifdə təhsil alan şagirdlərin valideynləri övladlarını məktəbə gətirərkən içəri buraxılmırlar.

Təhsil ocağı avtomobillərin sürətlə hərəkət etdiyi yolun düz yaxınlığında yerləşdiyindən hər an qəza baş verə bilər.

Məktəbin Riyaziyyat müəllimi Veysəl Yarmətov yuxarı sinif şagirdlərinin valideynlərindən təmir üçün pul tələb olunması iddiasına belə münasibət bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
21
xezerxeber.az

1Источники