RU

“Formula”1 öncəsi alternativ yollarda təmir işləri zərurəti haradan yaranıb?VİDEO

“Formula 1” Azərbaycan Qranprisinə görə, paytaxtın bəzi əsas küçə və prospektlərində hərəkət bir neçə gündür tam məhdudlaşdırılıb.

Bu da sürücüləri məcbur edir ki, alternativ yollardan istifadə etsinlər. Amma elə alternativ yollar var ki, orda aylarla aparılan təmir işləri hərəkəti daha da çətinləşdirib. Belə yerlərdən biri də paytaxtın Nərimanov rayonu Xətai prospektidir. Ərazidə yaşayanlar və sürücülər deyirlər ki, təmirə görə, hətta gecə yarısı belə yolda sıxlıq yaşanır.

Öyrəndik ki, ərazidə qaz borularının yenilənməsi səbəbi ilə yolun kənar hissəsi qazılıb. Daha sonra isə yolun hərəkət hissəsi asfalt örtüyü qaşınıb kənara daşınıb. Yəni yol əsaslı təmir edilir.

Maraqlıdır, “Formula 1” yarışı və yeni dərs ili öncəsi sözügedən küçənin təmirə edilməsi zərurəti haradan yaranıb?

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
33
xezerxeber.az

1Источники