RU

Əvvəlcə arvadını, sonra isə özünü öl*düdü - TƏFƏRRÜATLARVİDEO

Sumqayıtda ailə faciəsi yaşanıb. Kişi həyat yoldaşını qətlə yetirdikdən sonra özünün də boğazını kəsərək intihar edib...

38 yaşlı İlkin Atakişiyev 10 ildən çoxdur yaşadığı Kimyaçılar qəsəbəsi, Cənub küçəsindəki evə gələrək həyat yoldaşı, 36 yaşlı Yeganə Atakişiyeva ilə mübahisə edib.

İddialara görə, mübahisə nəticəsində ər əvvəlcə həyat yoldaşını döyüb. O, daha sonra mətbəx bıçağı ilə arvadının başını kəsib. Həmin şəxs daha sonra özünün boğazını kəsərək canına qəsd edib. 

Sumqayıt Şəhər Prokurorluğunun məlumatına əsasən, 38 yaşlı İlkin Atakişiyevin ailə münaqişəsi zəminində arvadı 36 yaşlı Yeganə Atakişiyevaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra özünə bıçaq xəsarəti yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
10
xezerxeber.az

1Источники