Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan videogörüntü ilə bağlı araşdırma aparılıb.
Araşdırmalar nəticəsində qayda pozuntusuna yol verən sürücü polis əməkdaşları tərəfindən müəyyən edilib.
Faktla bağlı sürücünün barəsində inzibati protokollar tərtib olunub və tədbir görülüb.
***
17:52
Bakıda bir qrup bloqer yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq həm özlərinin, həm də digər yol hərəkəti iştirakçılarının həyatını ciddi təhlükə altına atıb.
Oxu.Az xəbər verir ki, bloqerlər törətdikləri qayda pozuntusunu videoya çəkərək sosial şəbəkədəki izləyiciləri ilə paylaşıblar.
Onlardan biri hərəkətdə olan avtomobildə səkkiz nəfərin olduğunu bildirib. Bu isə qanunvericiliklə müəyyən edilmiş normadan xeyli artıq sərnişindaşıma olmaqla yanaşı, həm də sürücünün diqqətini yayındıran əsas amillərdən biridir.
Bundan əlavə, avtomobilin sükanı arxasında olan şəxs daxil olmaqla heç bir sərnişinin təhlükəsizlik kəmərindən istifadə etməməsi qəza zamanı ölüm riskini dəfələrlə artıran ciddi qayda pozuntudur.
10Источники
-
musavat.comBakıda bloqerlər qaydanı pozdu - DİN tədbir gördü ( 21461140)
-
nocomment.azBakıda blogerlərin təhlükəli yol macərası – DİN tədbir gördü – VİDEO ( 21458254)
-
bizim.mediaBakıda bloqerlərin təhlükəli yol macərası - DİN tədbir gördü - VİDEO ( 21458320)
-
moderator.azBakıda bloqerlərin təhlükəli yol macərası - DİN tədbir gördü - VİDEO ( 21457609)
-
demokrat.azBakıda bloqerlərin təhlükəli yol macərası — DİN tədbir gördü (VİDEO/YENİLƏNİB/ ( 21457594)
-
bakivaxti.azBakıda bloqerlər qaydanı pozdu - DİN tədbir gördü ( 21457327)
-
editor.azBakıda bloqerlər qaydanı pozdu – DİN tədbir gördü ( 21457201)
-
poliqon.infoBakıda bloqerlərin təhlükəli yol macərası - DİN tədbir gördü ( 21457033)
-
axar.azBakıda blogerlərin təhlükəli yol macərası... ( 21457003)
-
far.azBakıda bloqerlərin təhlükəli yol macərası - DİN tədbir gördü ( 21456550)