Mərkəzi Bank "eManat"da ciddi qanun və normativ pozuntuları aşkarlayıb.
Bizim.Media xəbər verir ki, "Modenis" MMC-də həyata keçirilən planlı yoxlama çərçivəsində qanunvericilik və normativ aktların tələblərinin pozulması halları aşkar edilib.
Mərkəzi Bank tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçulugun maliyyələşməsinə dair mübarizə, habelə nağd pulla işin təşkili, informasiya təhlükəsizliyi, daxili nəzarət və risklərin idarə edilməsi sahələrində çatışmazlıqların aradan qaldırılması üçün icrası "Modenis" MMC-yə məcburi göstərişlər verilib.
Qeyd edək ki, "Modenis" MMC "eManat" əmtəə nişanı adı altında fəaliyyət göstərir. (milli.az)
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта