RU

Elxan Səmədov da "Qarabağ"ı təbrik etdi

PFL-in prezidenti Elxan Səmədov “Qarabağ”ı Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Benfika” üzərində 3:2 hesablı səfər qələbəsi qazanması münasibətilə təbrik edib.

"Football-plus.az" xəbər verir ki, o, bu haqda öz sosial şəbəkə hesablarında paylaşım edib. Qurumun rəhbəri Ağdam təmsilçisinin uğuru hada deyib:
“Qarabağ”ı növbəti tarixi nəticə münasibətilə təbrik edirəm. Bu dəfə qələbə Avropanın ali klub turnirində - Çempionlar Liqasında gəldi. Təsnifat mərhələsində də rəqiblərinə şans verməyən “Qarabağ” qitənin adlı-sanlı “Benfika” klubunu da məğlub edərək əsas mərhələsinə də böyük zəfərlə başladı.Bu qələbədə əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirir, onların simasında sevincimizi bölüşməkdən sonsuz məmnunluq duyduğumuvurğulamaq istəyirəm. Təşəkkürlər, “Qarabağ”!".
Избранный
7
5
football-plus.az

6Источники