RU

Bu fəsildə üzünüzü müalicə etməyin, ləkələr qala bilər Açıqlama

Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Sızanaqların müalicəsinə başlamaq üçün ən əlverişli dövr payızdır.

Milli.Az bildirir ki, bunu "gazeta"ya rusiyalı həkim-kosmetoloqu Yelena Anoyko məlumat verib.

"Payızda günəş şüalarının aktivliyi azalır, bu isə sızanaqlardan sonra qalan tünd ləkələrin, yəni postiltihabi hiperpigmentasiyanın qarşısını almaqda əsas amildir. Günəş şüaları melanin istehsalını artırır və ləkələrin dərinləşməsinə səbəb olur".

O bildirib ki, payız həm də sızanağın "qızıl standartı" sayılan preparatların istifadəsi üçün ən münasib dövrdür. Retinoidlər, azelain və salisilat turşusu, benzoyl peroksid kimi vasitələr günəşə həssaslığı artırır və dəridə quruluq yarada bilər. Payızda isə bu risklər minimum olur, dəri müalicəyə daha rahat uyğunlaşır.

"Payızda temperatur və rütubət daha balanslı olduğundan dəri aktiv müalicəni daha yaxşı qəbul edir. Müalicəyə bu vaxt başlandıqda Yeni ilə qədər nəzərəçarpacaq nəticə əldə olunur, yay mövsümündə isə dəri stabil remissiyaya girir.

Payızda müxtəlif aparat prosedurlarını - pilinqləri və fototerapiyanı da akne müalicəsinə əlavə etmək mümkündür. Bu metodlar günəşdən qorunma tələb etdiyinə görə, məhz payız mövsümündə daha effektiv olur", - həkim qeyd edib.

İsmayıl

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
22
2
news.milli.az

3Источники