RU

Fələstin prezidenti təcili Türkiyəyə gəldi: Nə baş verir?

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas üç günlük rəsmi səfər üçün Türkiyəyə gəlib.

Globalinfo.az xəbər verir ki, səfər zamanı onun prezident Rəcəb Tayyib Ərdoğan və digər yüksək vəzifəli dövlət rəsmiləri ilə danışıqlar aparacağı gözlənilir.

Fələstinin Türkiyədəki səfiri Faed Mustafa bildirib ki, görüşlərdə təhlükəsizlik məsələləri, ikitərəfli münasibətlərin inkişafı və Qəzza zolağındakı vəziyyət müzakirə olunacaq.

“İsrailin Qəzza zolağında Fələstin xalqına qarşı təcavüzü, eləcə də İordan çayının qərb sahilində hücumlarının genişlənməsini nəzərə alsaq, bu səfər xüsusilə əhəmiyyətlidir”, – deyə səfir vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
22
globalinfo.az

1Источники