RU

Optik eynəklərə alternativ tapıldı YENİ KƏŞF

ain.az, Bizim media portalına istinadən məlumat yayır.

Beynəlxalq tədqiqatçılar qrupu göz damcılarının yaxın məsafəni görməni yaxşılaşdırmaq və oxu eynəklərinə olan ehtiyacı azaltmaq qabiliyyətini araşdıran genişmiqyaslı tədqiqatın nəticələrini təqdim edib.Bizim.Media xəbər verir ki, bu preparat presbiopiya – yaşla əlaqədar yaranan və yaxın məsafəyə fokuslanmanı çətinləşdirən görmə pozuntusunu müalicə etmək üçün hazırlanıb.Tədqiqatda 766 pasiyent iştirak edib. İlk istifadədən cəmi bir saat sonra iştirakçıların əksəriyyəti “Yeager” cədvəlində (yaxın görmə üçün istifadə olunur) bir neçə sətr artıq oxuya bilib.Göz damlasının tərkibinə iki əsas komponent daxildir:Pilokarpin – bəbəyi daraldır və gözün fokuslanma qabiliyyətini artırır,Diklofenak – iltihabı və diskomfortu azaldır.Preparat gündə iki dəfə, zərurət olduqda isə üçüncü dəfə axşam istifadə olunub.Tədqiqatın rəhbəri, Argentinadakı Presbiopiya üzrə İxtisaslaşmış Tədqiqatlar Mərkəzinin nümayəndəsi doktor Covanna Benozza bildirib ki, yaxın görmədə yaxşılaşma sürətli olub və 2 il ərzində qorunub saxlanılıb. Orta hesabla görmə “Yeager” şkalasında 3,45 sətr yaxşılaşıb.Alimlər qeyd edirlər ki, bu yeni metod cərrahi müdaxiləni əvəz etmir, lakin eynək taxmaqla bağlı narahatlıq və sosial məhdudiyyətlərdən xilas olmaq üçün təhlükəsiz və rahat bir alternativ ola bilər.Tədqiqatın nəticələri Avropa Katarakta və Refraktiv Cərrahlar Cəmiyyətinin 43-cü konqresində təqdim olunub.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
5
1
bizim.media

2Источники