Amerika Birləşmiş Ştatlarının mərkəzi bank funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) əsas uçot faiz dərəcəsini 25 baza bəndi azaldaraq illik 4-4,25 % aralığına endirib.
Publika.az xəbər verir ki, sentyabrın 16-17-də keçirilən iki günlük iclasdan sonra bu qərar verilib.
Qurumun Açıq Bazar Əməliyyatları üzrə Federal Komitəsinin (FOMC) iclasının nəticələri elan edilib. FED maksimum məşğulluğu qoruyarkən inflyasiyanı 2%-ə qaytarmaq öhdəliyini bir daha təsdiqləyib.