RU

Polşada rumını ukraynalı zənn edən şəxs ticarət mərkəzində ATƏŞ AÇDI

Polşanın Vroçlav şəhərində ticarət mərkəzində kişi rumın vətəndaşına atəş açıb.

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Məlumata görə, hücum edən şəxs onu ukraynalı zənn edərək qışqırıb ki, “Ukraynaya qayıt”.

Bir neçə atəşdən sonra hücumçu zərərçəkəni yumruq və təpiklə vuraraq öldürməyə cəhd edib, eyni zamanda ukraynalılara nifrət etdiyini bildirib.

Yaralı tibbi nəzarət altındadır. Hücum edən şəxsi 20 ilədək həbs cəzası gözləyir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
7
interpress.az

1Источники