Banco.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ Federal Ehtiyat Sistemi son 9 ayda ilk dəfə olaraq faiz dərəcələrini aşağı salıb.
Banco.az xəbər verir ki, Fed sentyabr ayı iclasında uçot dərəcəsini 25 baza bəndi azaldaraq 4 – 4,25 faiz intervalına endirib. Bloomberg sorğusunda da median proqnoz 25 baza bəndi endirim istiqamətində idi.
Faiz qərarı 11-ə qarşı 1 səs nisbəti ilə qəbul edilib. Trampın Fed İdarə Heyətinə təyin etdiyi Stiven Miran 50 baza bəndi endirimdən yana səs verib. Üzvlərin 2025-ci ilin sonu üçün faiz dərəcəsi gözləntisi 3,6 faiz oldu, əvvəlki isə 3,9 faiz idi.
Qərar mətnində məşğulluğa dair aşağı yönlü risklərin artdığı, inflyasiyanın isə “bir qədər” yüksək səviyyədə qaldığı qeyd olunub.
Yeni proqnozlara görə, Fed üzvləri bugünkü endirimdən sonra bu il ərzində faiz dərəcələrini daha yarım bənd azaltmağı nəzərdə tuturlar.
Şirkət yaxın zamanda yeni bir icma maliyyələşdirmə raundu açacağını da bəyan edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.