RU

Avrozonada inflyasiya hədəfə uyğun reallaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada inflyasiya hədəf səviyyəyə uyğun olub.

Banco.azxəbər verir ki, Avropa Statistika Ofisi (Avrostat) Avrozonanın avqust ayı inflyasiya üzrə yekun göstəricilərini açıqlayıb.

Məlumata görə, Avrozonada illik inflyasiya iyul ayında olduğu kimi avqustda da 2 faiz səviyyəsində qalıb. Avropa Mərkəzi Bankının inflyasiya hədəfi isə 2 faizdir.

İstehlak qiymətləri aylıq müqayisədə gözləntilərin üzərində – 0,1 faiz artım göstərib.

Bloomberg sorğusunda iştirak edən iqtisadçılar illik inflyasiyanın 2,1 faiz, aylıq inflyasiyanın isə 0,2 faiz artacağını proqnozlaşdırırdılar.

Avrozonada avqust ayı üzrə baza inflyasiya da gözlənildiyi kimi illik əsasda 2,3 faizlə sabit qalıb.

Avrozonada inflyasiyanın əsas komponentlərinə baxıldıqda, avqustda ən yüksək illik artım 5,5 faizlə emal olunmamış qida məhsullarında qeydə alınıb. Onu 3,2 faizlə alkoqol və tütün də daxil olmaqla ərzaq məhsulları və xidmət sektoru izləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
34
1
banco.az

2Источники