RU

İngiltərədə inflyasiya son 1,5 ilin ən yüksək səviyyəsindədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniya Milli Statistika İdarəsi (ONS) avqust ayına dair inflyasiya göstəricilərini açıqlayıb.

Banco.azxəbər verir ki, məlumata görə, İngiltərədə illik inflyasiya iyul ayında olduğu kimi avqustda da 3,8 faiz səviyyəsində qalıb. Beləliklə, illik inflyasiya 2024-cü ilin fevralından bəri ən yüksək səviyyədə qalmağa davam edib.

Bloomberg sorğusunda iştirak edən iqtisadçıların median proqnozu da avqust ayı üçün inflyasiyanın 3,8 faiz olacağı istiqamətində idi.

İnflyasiya aylıq müqayisədə gözləntilərə uyğun olaraq 0,3 faiz təşkil edib.

Enerji və qida qiymətləri nəzərə alınmadan hesablanan baza inflyasiya isə illik əsasda 3,6 faizə enərək son üç ayın ən aşağı səviyyəsinə düşüb.

Aşağı qiymətli təyyarə biletləri, yanacaq və restoran-otel qiymətləri artımı balanslaşdırıb. Qida inflyasiyası isə yüksəlməyə davam edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
6
banco.az

1Источники