ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Böyük qulaqlıqlardan istifadə edənlərin saçları tökülə bilər.
Milli.Az xəbər verir ki, bunu rusiyalı trixoloq Vitaliya Kopıtina açıqlamasında bildirib.
Tam ölçülü qulaqlıqla uzun müddət baş dərisinə təzyiq və sürtünmə yaratdığı üçün traktsion alopesiya, yəni, xüsusi saç tökülməsi növünə səbəb ola bilər.
Həkim tövsiyə edir ki, problemi vaxtında müəyyən etmək üçün hər üç-altı ayda qulaqlıqların başla təmas etdiyi sahənin fotosunu çəkmək lazımdır. Bu, qulaqlıqların birləşməsini təmin edən hissədə saçların nazikləşib-nazikləşmədiyini izləməyə kömək edir.
Əgər bu sahədə saçlarda nazikləşmə və ya sıxlığın azalması aşkar edilərsə, dərhal mütəxəssisə müraciət etmək tövsiyə olunur. Həkim saç follikullarına qan dövranını yaxşılaşdıran xüsusi losyonlar təyin edərək saçların yenidən çıxmasına kömək edə bilər.
İsmayıl
Milli.Az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.