ABŞ-da Şimali Koreya, Rusiya, İran və Çinlə əlaqəli olduğu iddia edilən şəxslərin həbslərinin sayı 30% artıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patel deyib. "Yalnız əks-kəşfiyyat sahəsində, bu il, ilin əvvəlindən biz Şimali Koreya, Rusiya, İran və Çindən olan əks-kəşfiyyatla bağlı həbslərin 30% artdığını müşahidə etdik", deyə o Nümayəndələr Palatasının Hüquq Komitəsinin dinləmələrində bildirib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта