RU

HƏMAS rəsmisi: İsrail Dohada hərəkatın qərargahına 12 raket atıb

BAKI, 17 sentyabr. TELEQRAF

Sentyabrın 9-da İsrail Qətərin paytaxtı Dohada HƏMAS nümayəndə heyətinin qərargahına 12 raket atıb.

Teleqraf xəbər verir ki, bunu həmin vaxt qərargahnda olanHƏMAS Siyasi Bürosunun üzvü Qazi Həməd bildirib.

"Biz atəşkəs şərtlərini müzakirə edirdik. Bir saat keçməmiş yüksək partlayış səsləri eşitdik. Bombardman çox şiddətli idi. Düşmən bir dəqiqə ərzində bizə 12 raket atdı. Biz bunun İsrailin hava hücumu olduğunu dərhal anladıq və vaxtında binanı tərk etməyi bacardıq”- HƏMAS rəsmisi bildirib.

Həməd həmçinin vurğulayıb ki,Vaşinqtonun İsrailin hərəkətlərini dəstəkləməsi Amerikaya etimadını sarsıdır və onun Qəzza üzrə dolayı danışıqlarda vasitəçiliyini şübhə altına alır.

Qeyd edək ki, sentyabrın 9-da İsrail ordusu Fələstinin HƏMAS hərəkatının Dohadakı qərargahına aviazərbə endirib. Hücum zamanı binada hərəkat rəhbərliyinin toplantısı olub. İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS liderlərinə qarşı əməliyyata görə bütün məsuliyyəti öz üzərinə götürüb.

Избранный
15
4
teleqraf.com

5Источники