ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov cəbhə xəttindəki son vəziyyətlə bağlı açıqlama verib.
Globalinfo.az xəbər verir ki, o, Rusiya bölmələrinin Aleksandro-Kalinovo istiqamətində irəliləyərək Konstantinovka şəhərinin yaxınlığında döyüşlər apardığını və artıq Kleşçeyevkaya daxil olduğunu bildirib.
Gerasimov bildirib ki, bu istiqamətdə əməliyyatların əsas məqsədi Donetsk vilayətində Ukrayna ordusunun müdafiə xəttini yarmaq və regionda nəzarəti genişləndirməkdir.
Onun sözlərinə görə, son günlərdə Rusiya qoşunları bir sıra mühüm mövqeləri ələ keçirib və Ukrayna ordusunun müdafiəsini zəiflətməkdədir.
O, əlavə edib ki, cənub-şərq istiqamətində də fəal əməliyyatlar davam edir, burada Rusiya ordusu Ukraynanın təchizat xətlərini kəsməyə və yeni istehkamları zəbt etməyə çalışır.
Tahir Turan
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.