Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün əvvəlki turlarından təxirə salınmış oyunlar keçirilib.
Arena.az xəbər verir ki, bu gün 3 belə qarşılaşma baş tutub.
1-ci turdan təxirə salınmış oyunlardan birində “Fənərbağça” “Alanyaspor”u qəbul edib. Dörd qolluq bu oyunda qalib müəyyənləşməyib. Səfərdə “Karagümrük”lə qarşılaşmış “Başakşəhər” isə inamlı qələbəyə sevinib.
3-cü turun oyununda “Samsunspor”la “Kasımpaşa” arasındakı görüş də qolsuz başa çatıb.
5 turdan sonra maksimum nəticə ilə irəliləyən “Qalatasaray” 15 xalla liderdir. “Fənərbağça” 11, “Trabzonspor” xal toplayıb.
Türkiyə, Super Liqa
17 sentyabr
1-ci turun oyunları
Fənərbağça – Alanyaspor 2:2
Qollar: Semedo, 72. En Nesiri, 76 – İ.Kaya, 18. Y.Özdemir, 90+3.
Karagümrük – Başakşəhər 0:2
Qollar: Brniç, 65. A.Çinar, 69-öz qapısına.
3-cü turun oyunu
Samsunspor – Kasımpaşa 0:0