1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Tanınmış kanadalı uşaq yazıçısı Robert Manç evtanaziya vasitəsilə həyatdan köçməyə icazə alıb.
Oxu.Az bu barədə "New York Times Magazine" nəşrinə istinadla xəbər verir.
2021-ci ildə Parkinson xəstəliyindən əziyyət çəkən Mança demensiya diaqnozu da qoyulub.
80 yaşlı yazıçı nəşrə bildirib ki, həyatına nə vaxt son qoymağı planlaşdırdığına hələ qərar verməyib.
Mançın 85 kitabı nəşr olunub.