RU

Bakıda 46 yaşlı kişi 11 il aliment ödəməkdən imtina etdi, həbs olundu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda iki övladına aliment verməyən kişi həbs edilib.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində baş verib.
Ağdaş rayon sakini, 1979-cu il təvəllüdlü Rəşad Sərxanov (ad və soyad şərtidir) 2008-ci ildə ailə həyatı qurur və onların birgə nikahdan 2 övladları olur. 2014-cü ildə cütlük aralarında yaranan mübahisələr nəticəsində boşanır. Sabunçu Rayon Məhkəməsinin qərarı ilə R.Sərxanova hər uşağa görə 103 manat aliment kəsilir. Lakin R.Sərxanov qərarı icra etmir və aliment ödəməkdən yayınır.
Bir müddət əvvəl R.Sərxanovun keçmiş həyat yoldaşı aliment borcuna görə məhkəməyə müraciət edir. Məlum olur ki, R.Sərxanovun 27 min manat aliment borcu yaransa da, o, məhkəmə qərarının icrasından yayınıb və ailəyə pul ödəməyib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə R.Sərxanov 1 il 3 ay azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.
Samir Əli
Избранный
42
4
oxu.az

5Источники