RU

Putin müharibəyə etiraz edən müşavirini işdən çıxarıb MTİ

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Kreml Aparat rəhbərinin keçmiş müavini və Vladimir Putinin ən yaxın müşavirlərindən biri olan Dmitri Kozak illərlə Rusiya liderinin Ukraynadakı müharibə ilə bağlı siyasəti ilə razılaşmadığına görə istefa verib.

Bizimyol.info xəbər verir ki, Müharibənin Tədqiqi İnstitutunun (MTİ) məlumatına görə, Kozak Kiyevlə sülh danışıqlarında israr edib və onun vəzifədən çıxarılması Kremlin hərbi kampaniyanı davam etdirmək niyyətindən xəbər verir.

MTİ analitikləri qeyd edirlər ki, "Putinin Kozakı yaxın çevrəsindən sıxışdırıb çıxarmaq qərarı onun və müşavirlərinin maksimalist hərbi tələblər ətrafında birləşdiyini bir daha nümayiş etdirir".

Kozak 2022-ci il fevralın 21-də Təhlükəsizlik Şurasının iclasında Ukraynaya genişmiqyaslı işğala qarşı olan yeganə iştirakçı olub.

O, həmçinin Kiyevlə Ukraynanın NATO-ya daxil olmasına mane olacaq ilkin razılaşmalara vasitəçilik edib. Kozak həmçinin 2022-ci ilə qədər Kremlin Ukrayna strategiyasına nəzarət edib və bundan sonra onun bəzi səlahiyyətləri Sergey Kiriyenkoya verilib.

Kozakın gedişi Kiriyenkonun Putin administrasiyasındakı mövqelərini gücləndirir. O, artıq Kremlin Moldova işlərinə dair portfelinə nəzarəti və Kremlin Ukraynadakı strategiyasına təsirini öz üzərinə götürüb. Rusiya mənbələrinə görə, Kozak istefasından sonra biznesə girmək variantlarını nəzərdən keçirir.

Mətbuatın verdiyi məlumata görə, Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak istefa istefa ərizəsini həftəsonu verib.

Avqustda “New York Times” mənbələrə istinadən yazıb ki, Kozak Putinin yaxın çevrəsində Ukraynaya qarşı müharibəyə açıq şəkildə etirazını bildirən yeganə məmurdur. Məhz buna görə də müharibə başlayandan dərhal sonra Putin Kozakı Ukrayna ilə bağlı işindən uzaqlaşdırıb və xəbərlərin gündəmindən kənarda saxlayıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
32
icma.az

1Источники