Bakı. Trend:
Qazaxıstan Respublikasında səfərdə olan Qafqaz Müsəlmanlarıİdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və ənənəviDinlərin VIII Astana Qurultayında iştirakı çərçivəsində bir sıraikitərəfli görüşlər keçirib.
Bu barədə Trend-ə QMİ-nin Mətbuat Xidmətindən məlumatverilib.
Bildirilib ki, Moskva və bütün Rusiya Patriarxı Kirillintəşəbbüsü ilə keçirilən görüşdə Rus Pravoslav Kilsəsi ilə QafqazMüsəlmanları İdarəsi arasında ənənəvi dini-mənəvi əməkdaşlıqəlaqələrinin perspektivləri müzakirə edilib.
Qazaxıstan Respublikasının İnformasiya və Mədəniyyət naziri AidaBalayeva ilə görüş zamanı qardaş ölkələrimiz arasında dini-mədəniəlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunub,ölkələrimizin dinlərarası dialoq prosesində fəal iştiraklarınınperspektivlərindən danışılıb, Astana Qurultaylarının və Bakınınevsahibliyi etdiyi dinlər və sivilizasiyalararası dialoq vəəməkdaşlığa dair beynəlxalq forum və təşəbbüslərdə müştərəkiştirakın davamlı olmasının vacibliyi vurğulanıb. ŞeyxülislamA.Paşazadə Astana Qurultayının hər zamankı kimi yüksək səviyyədətəşkil olunmasına və qonaqpərvərliyə görə Qazaxıstan dövlətinə,onun rəhbərliyinə, məsul şəxslərə dərin minnətdarlığını ifadə edibvə bunu qardaş Qazaxıstanın daha bir uğuru kimi dəyərləndirib.
Müsəlman Ağsaqqallar Şurasının Baş Katibi Məhəmməd Əbdüssəlamilə səmimi görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri ŞeyxülislamA. Paşazadənin üzvü olduğu bu mötəbər qurumun qarşıdakıplanlarından danışılıb. Azərbaycanın malik olduğu nümunəviməzhəblərarası anlaşma modelinin dünya miqyasında İslamdaxilidialoq üçün örnək əhəmiyyəti xüsusi vurğulanıb və bu modelintəşviqi istiqamətində səylər müzakirə edilib.
Vatikanın Dinlərarası Dikasteriyasının Prefekti Kardinal CorcCeykob Kuvakad ilə görüşdə Azərbaycan-Müqəddəs Taxt Tac arasındamünasibətlərin, habelə Qafqaz Müsəlmanları İdarəsi ilə Vatikanarasında əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə olunub.Bu münasibətlərin ənənəvi olaraq davam etdirilməsinin və beynəlxalqdinlərarası əməkdaşlıq müstəvisində davamlı olaraq inkişafetdirilməsinin vacibliyi vurğulandı, qarşıdakı planlar müzkirəedilib.
Nüfuzlu beynəlxalq dinlərarası dialoq platforması olan Dünya vəənənəvi Dinlərin VIII Qurultayı işini davam etdirir.