Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycanın yunan-Roma güləşçiləri Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən dünya çempionatında mübarizəyə başlayırlar.
AZƏRTAC xəbər verir ki, bu gün milli komandanın 4 üzvü - Eldəniz Əzizli (55 kiloqram) ilə yanaşı, Sənan Süleymanov (77 kiloqram), Qurban Qurbanov (82 kiloqram) və Beka Kandelaki (130 kiloqram) qüvvəsini sınayacaq.
Qeyd edək ki, hələlik Azərbaycanın hesabında 4 medal var. Sərbəst güləşçilərdən Giorgi Meşvildişvili (125 kiloqram) gümüş, Nürəddin Novruzov (61 kiloqram), Arseni Cioyev (86 kiloqram) və Osman Nurməhəmmədov (92 kiloqram) isə bürünc mükafat qazanıblar.