RU

NATO dan kənarda güc mərkəzi məsələsi mümkündürmü?

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Avropa Birliyi strateji muxtariyyət axtarışındadır. Maraqlıdır, NATO-dan kənar güc mərkəzi mümkündürmü?

Avropa Birliyi uzun illər ABŞ rəhbərliyindəki NATO təhlükəsizlik sisteminə və ABŞ-dən asılı iqtisadi resurslara güvənib. Amma son dövrlərdə bir sıra faktlar bu modeli şübhə altına alıb. Məsələn, ABŞ-nin Avropa müdaxilələrində selektiv davranışı, Avropanın Rusiya və Çinlə iqtisadi və enerji əlaqələrinin artması kimi. Üstəlik, NATO daxilində maraq toqquşmaları var. Bu cür bir şəraitdə həm də Brüssel “strateji muxtariyyət” məsələsi ilə Avropanın həm hərbi, həm enerji, həm də texnologiya sahələrində öz siyasətini daha müstəqil qurmaq istəyir.

Digər tərəfdən, Avropa Birliyi artıq “PESCO” (Permanent Structured Cooperation) layihəsi ilə müstəqil müdafiə texnologiyaları və qüvvə qruplarını inkişaf etdirir. Ancaq hələlik NATO çərçivəsi olmadan ciddi hərbi əməliyyat keçirmək real görünmür. Mənzərə belədir ki, Avropa öz hərbi və strateji mövqelərini artırır, ancaq ABŞ-nin təhlükəsizlik tədbirlərini əldən tam buraxmır. Bu, optimal balans ssenarisi kimi görünsə də, Avropa həm texnologiya, həm də enerji investisiyaları üçün böyük resurslar tələb edir. Avropa ABŞ-dən kənarda müstəqilliyini bəzi sahələrdə qurur (texnologiya, enerji).

Təhlükəsizlik sahəsində isə NATO çərçivəsində qalır. Nəhayət, Avropa strateji muxtariyyət axtararkən enerji və texnologiya tərəfdaşlığı üçün Cənubi Qafqaz ölkələrinə baxır. Azərbaycan üçün bu bir fürsət yaradır. Avropa enerji ticarətini diversifikasiya etmək və regional tranzit qovşağı kimi mövqeyini gücləndirmək fürsəti. Eyni zamanda, Avropanın bu siyasəti regional balansı dəyişdirə bilər. Bir sözlə, Avropa hələ NATO-ya tam alternativ olmasa da, strateji muxtariyyət yolunda ciddi addımlar atır.

Elmar

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
26
icma.az

1Источники