RU

Azərbaycan və Monqolustan kənd təsərrüfatında əməkdaşlıq qurur

Azərbaycan və Monqolustan kənd təsərrüfatı üzrə birgə işçi qrupunun yaradılmasını müzakirə edib.Metbuat.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Bildirilib ki, müzakirələr nazir Məcnun Məmmədovun Monqolustanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Qombosuren Munxbayar ilə görüşündə aparılıb.
M. Məmmədov Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə ətraflı məlumat verib. O bildirib ki, ölkələr etimada, qarşılıqlı hörmətə və davamlı inkişafa əsaslanan əməkdaşlığın gücləndirilməsində maraqlıdır.Nazir qeyd edib ki, bu baxımdan kənd təsərrüfatı sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Monqolustan ilə iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsinə yönəlmiş bütün təşəbbüsləri tam dəstəkləyir.Görüşdə aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının möhkəmləndirilməsi, kənd təsərrüfatı üzrə birgə işçi qrupun yaradılması, heyvandarlıq sahəsində perspektivlər və digər məsələlər müzakirə olunub.Monqolustan səfiri Qombosuren Munxbayar ölkəsinin Azərbaycanla dostluq və tərəfdaşlıq əlaqələrini genişləndirməkdə maraqlı olduğunu, kənd təsərrüfatı sahəsində böyük əməkdaşlıq potensialının mövcud olduğunu qeyd edib.

Tərəflər müzakirə olunan istiqamətlərdə qarşılıqlı maraqlı olduqlarını ifadə ediblər.

Избранный
8
6
metbuat.az

5Источники