RU

Psixoloq olmağın hansı çətinlikləri var? - RƏY

"Psixoloq kimi bir çox məsələnin mənə təsir etməməsinə çalışıram". 

Bu sözləri psixoloq Aydan Məmmədova Hit.az-a açıqlamasında deyib. 

Lakin o bildirib ki, bəzi hallarda qarşılaşdığı problemləri idarə etmək olmur:

"Dərk edilən hər bir hal asan və sadədir. Sadəcə olaraq psixoloji bilik olaraq bilib, dərk edilməyən nüansları idarə etmək bəzən çətinləşir. Psixoloq olduğum üçün gündəlik həyatda insanlara çox anlayış göstərmək yorucu ola bilir. 

Bunun səbəbi isə davranışın ardında yatan səbəbi bilməkdir. Bunu bildikdə çox reaksiya vermək olmur. O zaman sanki od üstünə benzin tökmüş olursan. Yəni bunun olmaması üçün qarşımdakı şəxsi həqiqətən anlayıram. Lakin yenə də bu vəziyyət yorucu ola bilər".

Onun sözlərinə görə, psixoloqlar müəyyən zaman sonra hiss və duyğularını geri atırlar:

"Bu halın fərqində olduqda isə idarə etmək mümkündür. Bundan əlavə, insanların hər bədən dilindən, səs tonundan, baxışından, mimikasından hətta simasından hər şeyi başa düşmək lazımdır. Beləliklə, yalan deyildikdə saxta davranışların fərqində olursan və bu hal yaxın ətrafda olduqda şəxsinə özəl olaraq təsir edə bilər".

382213

Aydan Məmmədovanın fikrincə, psixoloq olmaq qarşındakını idarə etməyi bacardığın müddətdə çətin deyil:

"Həmçinin, daima nələrisə bilmək, araşdırmaq və yenilikləri öyrənmək lazımdır. Psixologiya elmi nəzəri bilik olmasına baxmayaraq, daima yeniliklər tələb edir. Hansısa kənar şəxs müəyyən bir bilik səviyyəsinin yetərli olduğunu düşünə bilər, amma bizim üçün kifayət etmir. Əslində, bu bilikləri öyrənmək deyil, sərf olunan zaman insanı yorur".

Mütəxəssis qeyd edib ki, psixologiyada fiziki yorğunluq olmur:

"Öyrəndiyiniz biliyin dəyərini anlamaq insana zövq və motivasiya verir. Bir sözlə, psixoloq kimi yorulduğum xüsusi bir hal yoxdur. Psixoloq olmağı sevdiyim üçün bu sahənin hər halı mənə xoşdur. 

Bəhs etdiyim nümunələr isə ümumi psixoloqlara aiddir. Bu duyğuların zaman-zaman bizim də zehnimizdən keçməsi normaldır. Çünki hər zaman hər şey yaxşı ola bilməz. Həmişə hər şeyin yaxşı olacağını düşünsək özümü aldatmış olarıq. Həyatı öz reallığı ilə dərk edib yaşamaq lazımdır. Bu zaman bizə heç bir şey təsir etməyəcək".

Pərviz

Избранный
27
hit.az

1Источники