RU

Bu rayonda şahmayı və karp balıqları kütləvi tələf olur VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Samux rayonunun Qarayeri qəsəbəsində qeydə alınan ekoloji hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Avtosfer.az xəbər verir ki, yayılan görüntülərdə tunellərdə milyonlarla balığın tələf olduğu əksini tapıb. Kadrlarda balıqların suyun üzərinə çıxdığı, əksəriyyətinin isə ölü vəziyyətdə olduğu açıq-aşkar görünür. Videonu yayan şəxs balıqların şahmayı (şamayka) və karp olduğunu bildirib.

Hadisənin səbəbləri hələ ki, məlum deyil. Lakin kənd sakinləri bildirirlər ki, bu hal onların ciddi narahatlığına səbəb olub. Onların sözlərinə görə, yaxın ərazidə belə kütləvi balıq tələfatı ilk dəfə müşahidə olunur və bunun səbəbi ekoloji fəlakət, suyun çirklənməsi və ya başqa ekoloji amillərlə bağlı ola bilər.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
avtosfer.az

1Источники