RU

Babəkdə qadın kişi geyimində ev soydu - 45 min manat...


Babək rayonunda yerləşən evlərin birindən 45000 manat pul oğurlanması barədə polisə məlumat daxil olub.

Babək Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, 32 yaşlı Mustafayeva Ayşən müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs evə kişi geyimində daxil olaraq oğurluğu törədib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

ZÜMRÜD

Избранный
38
15
baki-xeber.com

10Источники