RU

Aşıq Zülfiyyə buna görə "Lexus"markalı maşınını satdı, borca düşdü - VİDEO

Danimarkada sürət həddini aşmaq və ya sərxoş vəziyyətdə avtomobil idarə etməyə görə tutulan hər kəs avtomobilin müsadirə olunma riski ilə üzləşir.

Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, belə hallarda avtomobil sahibinin özünün razılğı olmadan da dövlət tərəfindən satıla bilər. Sistem 2021-ci ildə tətbiq olunub və bu satışlar dövlətə 74 milyon İsveç kronuna uyğun gələn 51 milyon Danimarka kronu (100 milyon manat) qazandırıb.

Qanun pozuntusunun “ağılsız sürücülük” kateqoriyasına aid edilməsi nəzərdə tutulur. Məsələ burasındadır ki, avtomobilin müsadirə edilməsi üçün bir neçə element var. Məsələn, sürücü ya başqalarını ölüm təhlükəsi ilə üz-üzə qoymuş hesab edilməlidir, ya da qanında ən azı 2,0 promil spirt olmalıdır.

Bundan başqa, 100 km/saat sürət olan yerdə icazə verilən sürətdən iki dəfə artıq sürərsə həmin ağır sanksiyaya məruz qala bilər.  

Fidan

Избранный
3
2
avtosfer.az

4Источники