RU

Bu valyuta mübadilə məntəqələri qaydaları pozdu

Üç valyuta mübadilə məntəqəsinə – “Delta Capital”, “Money Shop” və “Meta-Kapital”a məcburi göstəriş tətbiq edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Məlumata görə, bu şirkətlər tərəfindən tərəfindən “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 7.1-ci bəndinin tələbləri pozularaq 2025-ci ilin avqust ayının sonuna hesabatların təqdim edilməməsinə görə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-7.1.2-ci maddəsinin tələblərini rəhbər tutaraq AMB tərəfindən “Delta Capital” , “Money Shop” və “Meta-Kapital”a bu hesabatları qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.

Bizim.Media

Избранный
14
21
bizim.media

10Источники