RU

Qohum evliliyi üçün valideyn övladından imtina edə bilər?

Qaynarinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycanda 2025-ci ilin iyulun 1-dən əmi, xala, bibi və dayı uşaqlarının evlilikləri qadağan edilib. Lakin hələ də bəzi bölgələrdə qohum evlilikləri baş tutsa da, bunu rəsmiləşdirə bilmirlər. 

Ailələr isə övladlarının evliliyini rəsmiləşdirmək üçün müxtəlif yollara əl atmaq istəyir. Məsələn, onlardan biri kimi, övladdan imtina etməklə valideynlər bu məsələni həll etmək istəyir. 

Bəs qanunvericilik nə deyir? Övladdan və yaxud valideyndən imtina etmək qohumluluq əlaqələrinin bitməsi hesab olunur?

Mövzu ilə bağlı Qaynarinfo-ya danışan vəkil Rəşad Əliyev bildirib ki, Azərbaycan qanunvericiliyində ailə üzvündən, yaxud da qohumundan imtina anlayışı nəzərdə tutulmayıb:

"Qanunvericilik bunu deyilən formada tənzimləmir. Məsələn, mən gedim oğlumdan, atamdan, qızımdan imtina edim deyə bir şey ola bilməz. Ona görə də belə bir halın olması mümükün deyil. Hesab edirəm ki, bununla bağlı yayılan fikir ya şaiyə ola, ya da kiminsə ağlına gələ bilər.  Düşünərlər ki, bu evliliyin baş tutması üçün övladımdan imtina edim. Bu mümkün deyil. Sistemdə yenə də onların qohumluq əlaqələri görünəcək. Qadağan olunmuş qohumluq dərəcəsi ilə evlilik həyata keçiriləcksə belə, dövlət rəsmi qeydiyyata almayacaq".

Rəşad Əliyev vurğulayıb ki, qanunvericilikdə valideynlik hüququndan məhrumetmə var, bu isə başqa hal üçün nəzərdə tutulub:

"Qanunvericilikdə nəzərdə tutulan valideynlik hüququndan məhrumetmə valideynin uşaq üzərində öhdəliklərinə və ya qohumluq əlaqələrinə xitam vermir, sadəcə hüquqlarını məhdudlaşıdırır, ya da uşağı böyüdə bilməsi üçün nəzərdə tutulan hüquqdan məhrum olunur. Bu da yalnız xüsusi hallarda mümkündür".

Məlumat üçün bildirək ki, qanunvericiliyə əsasən, aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:

- yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);

- övladlığa götürənlər və övladlığa götürülənlər;

- ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;

- bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər;

- ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.

2025-ci ili iyulun 1-dən isə nikahın bağlanmasına mane olan halların sayı artırılıb. Belə ki, məcəlləyə aşağıdakı hallar əlavə edilib.

- qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;

- bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu.

Günay İlqarqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
9
qaynarinfo.az

1Источники