RU

Bu məhsullar gömrükdən buraxılmadı KONKRET

ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə bir sıra məhsulları ölkəyə buraxmayıb.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, Bolqarıstan sərhədində aparılan yoxlamalar zamanı Türkiyədən ixrac olunan təzə bibərlərdə icazə verilən normadan 150 dəfə çox formetanat qalığı aşkarlanıb. Nəticədə məhsullar geri qaytarılıb.

Mütəxəssislər bildirirlər ki, pestisid qalığının yüksək olması həm əhalinin sağlamlığına ciddi təhlükə yaradır, həm də Türkiyənin ixrac göstəricilərinə mənfi təsir göstərir. Bu cür hallar Avropa bazarında etibarsızlıq yaradaraq ölkənin ixracat imkanlarını daraldır.

Pestisid probleminin əsas mənbəyi kimi meyvə-tərəvəz istehsalçılarının məsuliyyətsiz yanaşması göstərilir. Türkiyənin müxtəlif sərhədlərində də oxşar hadisələrin baş verdiyi, bu səbəbdən məhsulların geri qaytarıldığı qeyd olunur.

İqtisadçılar xəbərdarlıq edirlər ki, bu tendensiya davam edərsə, Türkiyə ixrac bazarında mövqelərini itirə bilər.

İstehlakçılar isə bu vəziyyətin ölkə daxilində satışa çıxarılan məhsulların təhlükəsizliyi ilə bağlı suallar doğurduğunu vurğulayırlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
3
3
konkret.az

4Источники