RU

Azərkişə ikinci hücum: bu dəfə öldürüldü

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

Sistan və Bəlucistan əyalətinin İranşəhr rayonunun Çah Camal bölgəsindəki SEPAH-a bağlı “Bəsic” bazasının komandiri Rza Azərkiş silahlı şəxslər tərəfindən güllələnib. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Axar.az xəbər verir ki, bununla bağlı Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Onun öldürülməsinə görə hələlik heç bir təşkilat məsuliyyəti öz üzərinə götürməyib.

Qeyd edək ki, bölgədə xüsusilə narazılara qarşı qəddarlığı ilə tanınan Azərkiş 13 fevral 2023-cü ildə də İranşəhrdə silahlıların hücumuna məruz qalmışdı. Onun bir mühafizəçisi öldürülsə də, özü xilas ola bilmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
10
1
axar.az

2Источники